YETİM UŞAQ [1]

Yetim uşak

Öz doğma diyarında çəkdin nələr, ey yetim,

Ayak yalın, başaçıq, ac, dərbədər, ey yetim.

Axan göz yaşın gibi niyə qiymətsiz oldun,

Açılmamış qönçəsən, niyə gül kimi soldun?

Gaminlə ürəyimi gəl, dağlama, ey yetim,

Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!

 

Bağbansız sütül ağac, yandım sənin halına,

Necə dözüm bu acı, dözülməz əhvalına?

Dinlədim ürəyinin kədər, qəm nəvasını,

Günahkar millətindir, sən çəkdin cəzasını.

Məktəb sənin dərdinə eylər ilaç, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

 

Ölkən düşünsə idi sənin səadətini,

Duyabilsəydi ilmə tükənməz rəğbətini,

Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,

Yandırmazdın məni də kövrək təbiətinlə.

Öz doğma diyarında çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

 

İsteğini ödedim, feqet melul, perişan

Men küllün fikrindeyim, sen cüzin hayındasan,

Sene para yox, terbiye, telim, teshil gerekdir,

Senise düşündüren birce günlük çörekdir.

Mekteb senin derdine eyler elac, ey yetim,

Öz yurdunda derbeder, ac, yalavac, ey yetim!

 

Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,

Bir qığılcım düşərsə, məşə kimi alışar,

Millət qəflətdə yatır, həyanətkardı dövlət,

Bircə nəzər yetirmə sənə, mənə hökumət.

Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

 

Bu ölkədə rəhmlə ədalət də qalmamış,

Yetim-yesirə xalqda mərhəmət de qalmamış.

Mənimsədi qəyyumun sənin də var-yoxunu,

Belə gördüm dünyanı, belə gördüm çoxunu.

Öz doğma diyarında çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

 

Dilini bağladılar, bir derdin açılmadı,

Fıtri istedadından qığılcım saçılmadı,

Otdu bahar, otdu yaz, açılmadı bir gülün,

Niye başa çatmadı senin tekâmül yolun?

Mekteb senin derdine eyler elac, ey yetim!

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

 

Şiir:

Mehemmed Hüseyin Şehriyar

Farsçadan Azerbaycan Türkçesine Çeviren:

Höküme Billuri


[1] Şəhriyar, Məhəmmədhüseyn. 2005. Seçilmiş Əsərləri. (Tertib edenler: Nazim Rizvan, Xuraman Quliyeva, İslam Qeribov) Bakı: Avrasiya Press. S. 439.

You have no rights to post comments